access_time Dərc olunub: 10:50
Azərbaycana gələn ərəblərin sayı 8 dəfə artıb

“Bu il ölkəmizə gələn turistlərn sayı ötən illə müqayisədə 11 faiz artıb”.


TİA.AZ xəbər verir ki, bu barədə jurnalistlərə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana gələn turistlərin sayı 33 dəfə artıb: “Ümumi ərəb ölkələrindən gələn turistlərin sayı isə 8 dəfə artıb”.

Nazir müavini bildirib ki, "ASAN Viza"nın tətbiqindən sonra ölkəmizə gələn turistlərin sayı artacaq.

Şərhlər