access_time Dərc olunub: 17:53
Homoseksuallıq Əqli Pozuntu Deyil


1987-ci ildən etibarən homoseksuallıq Əqli pozğunluqlar üzrə Diaqnostik və Statistik Sorğu Kitabından tamamilə çıxarıldı. 


1950-60-cı illərdə bəzi terapevtlər kişi homoseksuallığını “müalicə etmək” üçün “Qurula bilən portağal” filmindəki kimi iyrəndirici terapiyanı işə salmışdılar. Bu müalicə, əsasən pasientlərə qusma üçün elektrik şokları və ya dərmanlar verərək, çılpaq kişi rəsmləri göstərməyi və artıq bu dözülməz olduqda, onlara çılpaq qadın rəsmləri göstərməyi və onları cavan tibb bacısı ilə “görüş”ə göndərməyi əhatə edirdi. Bu qəddar və alçaldıcı metodların tamamilə effektsiz olduğunu söyləməyə lüzum yoxdur. İlk dəfə 1968-ci ildə çap olunan Amerika Əqli Pozğunluqlar Təsnifatı homoseksuallığı əqli pozğunluq kimi siyahıya daxil etmişdi. Burada Amerika Əqli Pozğunluqlar Təsnifatı homoseksuallığın 19-cu əsrdə Kilsədən gəldiyini bilən və maarifçilik ziyası ilə onu günahdan əqli pozğunluğa çevirən tibbdə və psixiatriyada mövcud olan uzun müddətlik ənənəyə sadiq qalmışdı. 1973-cü ildə Amerika Psixiatriya Assosiasiyası öz yığıncağında iştirak edən bütün üzvlərini onların homoseksuallığı əqli pozğunluq hesab edib-etməmələri ilə bağlı səsverməyə çağırdı. 5854 psixiatr homoseksuallığı Amerika Əqli Pozğunluqlar Təsnifatından çıxarmanın, 3810-u isə saxlamanın lehinə səs verdi. Amerika Psixatriya Assosiasiyası, homoseksuallığı Əqli Pozğunluqlar Təsnifatından çıxararaq, onu özlərinin seksual istiqaməti ilə “münaqişədə olan” insanlar üçün “seksual istiqamət pozğunluğu” ilə əvəzləşdirərək, güzəşt etdi. Yalnız 1987-ci ildən homoseksuallıq tamamilə Amerika Əqli Pozğunluqlar Təsnifatından çıxarıldı. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci il tarixli ICD-10 nəşrində dərc olunmuş ICD Təsnifatından (XBT-Xəstəliklərin Beynəlxalq Təsnifatı) homoseksuallığı çıxarmışdır, buna baxmayaraq “eqo-distonik (münaqişəli) seksual istiqamət” ICD-10 təsnifatında hələ də yer alır. Bu halda, şəxs özünün seksual tərcihləri ilə bağlı şübhəyə malik deyil, lakin “psixoloji və davranış pozğunluqları ilə əlaqədar olaraq bunun başqa cür olmasını arzu edir”. Homoseksuallıq statusunun əqli pozğunluqlar təsnifatında inkişafı göstərir ki, əqli pozğunluq konsepsiyaları cəmiyyət dəyişdikcə sürətlə inkişaf edən ictimai konsepsiyalara çevrilə bilər. Bu gün ABŞ və Avropanın psixoterapiya standartları qey-pozitiv psixoterapiyadır, hansı ki, qey insanları özlərinin seksual istiqamətini qəbul etməyə həvəsləndirir.


Taryel Abdullayev

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort