access_time Dərc olunub: 14:32
Azərbaycanda oğlanlar ginekoloq olmaq istəmir

Dünyanın bir çox ölkələrində kişi ginekoloqlar çoxluq təşkil etsə də, Azərbaycanda bu hala o qədər də rast gəlinmir. Ona görə də kişi ginekoloqların varlığı mübahisə mövzusu olmaqla yanaşı, hər zaman aktuallığını da saxlayıb.

Maraqlı hal odur ki, bir çox həkimlər xəstələrə ən yaxşı müalicə edənlərin kişi ginekoloqlar olduğunu söyləyirlər.

Hazırda Azərbaycanda tibbi təhsil alan tələbələr arasında ginekoloq ixtisası seçən oğlanları sayı nə qədərdir?

Tibb Universitetinin Mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva modern.az saytına açıqlamasında kişi ginekoloqların sayında artım olmadığını deyib.

"Dəqiq say demək çətindir. Mama-ginekologiya təhsili rezidentura keçdiyinə görə bal topladığı halda tələbələr həmin sahə üzrə təhsillərini davam etdirirlər. Amma bir-iki oğlan olub ki, o da müəyyən səbəblərdən Türkiyəyə gedib. Ona görə də hazırda mama-ginekoloq kimi təhsilini başa vuran kişi tələbə yoxdur".

Elmira Əliyeva deyir ki, kişi mama-ginekoloqlar əsasən xaricdə formalaşıb Azərbaycana qayıdırlar.

"Ola bilər ki, həmin tələblərin çoxu rezidenturanı Bakıda oxumasınlar. Türkiyədə, Rusiyada hazırlaşıb müəyyən bir vaxtdan sonra bura gəlsinlər. Təcrübədə elə faktlar daha çoxdur. Gənc oğlan tələbələrimiz rezidenturanı xaricdə oxuyub mama-ginekoloq kimi ölkəyə qayıdırlar və çox yaxşı da mütəxəssis olurlar. Məsələn bir nümunə deyim. Tural Canbaxışov rezidenturanı Türkiyədə oxuyub mama-ginekoloq oldu. Şox yaxşı da mütəxəssisdir. Baxmayaraq ki, qadın ginekoloqlarla müqayisədə kişi ginekoloqlara münasibət fərqli olub, amma bu sahədə kişi-qadın ayrı-seçkiliyi olmur. SSRİ zamanında belə, çox görkəmli kişi ginekoloq alimlərimiz olub. Kişi ginekoloqların elmi gücü heç də qadınlardan az olmur".

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort