access_time Dərc olunub: 18:04
KƏRƏ YAĞINDAN BİRDƏFƏLİK İMTİNA ETMƏK OLARMI?-HƏKİM MƏSLƏHƏTİ

Günbəgün bahalaşan kərə yağından birdəfəlik imtina təbii ki, çətindir. Amma onun qiymətinin birdən-birə bahalaşması bəzi ailələri çıxılmaz vəziyyətdə qoyur. Səbəbi aydındır. 


Hər kəs 16-18 manata kərə yağı alaraq, ondan yeməklərin hazırlanmasında istifadə edə bilmir. İndi yeməklərin bişirilməsində bir çoxları bitki yağlarına müraciət edir. 


TİA.AZ-a açıqlama verən pediatr Vaqif Qarayev bu dəfə kərə yağının faydasından danışdı:” Keyfiyyətli inək südündən hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdı.Tərkibindəki vitaminlər(A,E,D,B qrup)saçın,dişlərin,sümük sisteminin,dərinin inkişafında xüsusi rol oynayır...Beyin hüceyrələrinə və mədə-bağırsaq sisteminə müsbət təsir edir, qadınlarda reproduktiv funksiyanı normallaşdırır, uşaqlarda cinsi hormonların yetişməsində faydalıdır.
Amma xolesterini artırdığına görə ürək və beyin damarlarına mənfi təsiri haqqında mübahisələr bu gün də səngimir. Sadəcə, bu təsirlərdən qorunmaq üçün kərə yağından rasional istifadə etmək lazımdı. Gündə 15-30 qram. Biz belə istifadə edirikmi?! Yox! Axşam saat 11-də aş da yeyirik...

Bütün günü kərə yağında hazırlanan qızardılmış və çətin həzm olunan yeməklərdən istifadə etmək zərərlidir.
Satışda müxtəlif qiymətlərə satılan kərə yağları var. Ucuz qiymətə olanlar birmənalı keyfiyyətsizdir. Tərkibində orqanizmə ziyan verən müxtəlif qatqılar var və onlardan istifadə məqsədəuyğun deyil.
Kərə yağından istifadə edək. Amma aşırı miqdarda yox! Çünki ziyan verəcək!”

NÜŞABƏ

Şərhlər