access_time Dərc olunub: 11:11
Metrodan qiymət artımına - Rəsmi cavab

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.


Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır:

"Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. "Bakı Metropoliteni" QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib".

Şərhlər