access_time Dərc olunub: 15:19
Türkiyəli ehtiyatda olan zabitlər Şamaxıya səfər etdi

Türkiyənin Təqaüddə olan Zabitlər Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuşun və Türkiyə Müharibə Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehmet Şükrü Tandoğanın rəhbərliyi ilə Azərbaycana gələn veteran zabitlərdən ibarət 6 nəfərlik nümayəndə heyəti iyulun 6-da Şamaxıda olmuşdur.


 Səfər Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin və Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə reallaşmışdır.

Türkiyəli veteran zabitlər əvvəlcə Acıdərədə 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə şəhid olan Osmanlı zabitinin qəbrini və Azərbaycana köməyə gələn və həlak olan 1130 qəhrəman türk əsgərinin şərəfinə ucaldılan abidəni ziyarət etmişlər. Abidənin qarşısında qonaqları qarşılayan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışmışdır. Rayon rəhbəri ölkəmizin müstəqillik əldə etdikdən, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iki ölkə arasında münasibətlərin yenidən möhkəmləndiyini qeyd etmiş, bu gün bu siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırmışdır.

Şəhid zabitin məzarı önündə çıxış edən general-polkovnik Ərdoğan Karakuş demişdir: “Azərbaycana qarşı hərbi təcavüz bitməyib, bu gün də davam edir. Körpə uşaqlara belə rəhm göstərilmir. Qoy, hər kəs bunu bir daha eşitsin: Türkiyə hər zaman Azərbaycanla birlikdədir, onun yanındadır!”.

Sonra Ə.Karakuş və polkovnik Mehmet Şükrü jurnalistlərə müsahibə vermişlər.

Səkkiz bölmədən ibarət S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq, burada Şamaxının tarixi ilə bağlı sənədli film türkiyəli qonaqlarda böyük təəssürat yaratmışdır.

Daha sonra qonaqlar 743-cü ildə inşa edilmiş, 1918-ci ildə ermənilər tərəfindən yandırılaraq dağıdılmış Cümə Məscidində olmuşlar.

Bildirilmişdir ki, o vaxt burada məscidə sığınan 1700 nəfər günahsız insan erməni quldur dəstəsi tərəfindən diri-diri yandırılmışdır. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına məscid əsaslı təmir edilmiş, 2013-cü ilin mayın 13-də açılışı olmuşdur.

Axşamüstü türkiyəli veteran zabitlər AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gəlmiş, buradakı elmi tədqiqatlar barədə maraqlanmışlar.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort