Sosial yardımlarla bağlı yaxın günlərdə qərar qəbul ediləcəkbackend

Sosial yardımlarla bağlı yaxın günlərdə qərar qəbul ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial yardımlarla bağlı hamı öz mülahizələrini söyləyir. Sosial ödənişlərə bağlı təkliflər irəli sürülür”.

TİA.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hələ son qərar yoxdur:

“Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsi istiqamətində olacaq. İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil”.