Sosial yardım təyinatında kommunal xərclərə niyə limit qoyulub?backend

Sosial yardım təyinatında kommunal xərclərə niyə limit qoyulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ünvanlı sosial yardım aztəminatlı ailələrə təyin olunur. Bu o ailələrdir ki, onların gəliri ailə üzvlərinin sayına görə müəyyən olunmuş ehtiyac meyarının məbləğindən aşağı olsun. Bununla bağlı təyinatların aparılması asanlaşdırılıb və müraciətlər elektron qaydada qəbul olunur. Qanunvericilikdə kommunal xərclərlə bağlı 30 manat limiti var. Şəxslərin gəlirləri, onların kommunal xərcləri elektron qaydada aidiyyəti qurumlara sorğu olunur. Onların istifadə etdiyi enerji, qaz və digər kommunallara uyğun olaraq gəlirləri müəyyən olunur, sosial yardım təyin olunur”.

TİA.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər sosial yardım təyin olunarkən kommunal xərclərə qoyulan limitlə bağlı danışarkən bildirib.

“Ünvanlı sosial yardım almağa müraciət etmək üçün bir ailənin təsərrüfatı əsas götürülür. Ailə təsərrüfatı əsas götürülərkən bir sayğac olan bir neçə evdə və yaxud bir neçə ailənin kirayə qaldığı bir mənzildə qalanların kommunal xərclərinin müəyyən olunması qeyri-mümkün olur. Bu halda hər bir ailə təsərrüfatının müəyyən edilməsi üçün ailələrin ayrıca sayğacının olması istənilir”, – DSMF rəsmisi əlavə edib.