Sosial şəbəkədə yayılan fotoya görə araşdırmalara başlanıldıbackend

Sosial şəbəkədə yayılan fotoya görə araşdırmalara başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.
Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.
Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.