Sosial şəbəkə istifadəçilərinin nəzərinə: “Facebook” bu profilləri bağlayırbackend

Sosial şəbəkə istifadəçilərinin nəzərinə: “Facebook” bu profilləri bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da sosial media platformaları koronavirusla bağlı saxta məlumatlar yayan profilləri bağlamaq qərarına gəlib.
TİA.AZ Qərb mediasına istinadən xəbər verir ki, öncə “Facebook” COVİD-19 peyvəndləri haqqında yanlış məlumat yayan hesabları bağladığını, “Twitter” və “YouTube” isə bəzi siyasətçilər də daxil olmaqla bir çox hesabı dayandırdığını açıqlayıb.
Həmçinin “Facebook” “Pfizer” və “AstraZeneca” tərəfindən hazırlanan COVİD-19 peyvəndlərini ləkələmək üçün sosial media ulduzlarına pul ödəyən Rusiyada yerləşən reklam agentliyi ilə əlaqəli yüzlərlə hesabı bağladığını da bildirib.
Buna görə də 65 “Facebook” və 243 “Instagram” hesabının naməlum bir müştəri üçün işləyən rus reklam və marketinq şirkəti “Fazze” ilə əlaqəli olduğu bildirilib.