Sosial şəbəkə hesablarımızı necə qoruyaq? -EKSPERT RƏYİbackend

Sosial şəbəkə hesablarımızı necə qoruyaq? –EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərin aktual mövzularından olan sosial şəbəkə hesablarının təhlükəsizliyi barədə texnobloqer Fərid Pərdəşünas Tia.az-a danışıb.

Fərid Pərdəşünas bildirir ki, Azərbaycanlı istifadəçilərin çoxu sosial şəbəkə hesablarını düzgün şəkildə idarə etməyi bilmirlər:

“Məsələn, çox vaxt Facebook hesabı yaxud email ünvanı açarkən parola belə fikir vermədən istifadə edirlər. Sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün hər istifadəçi profilin parolunu, ona bağlı olan nömrə və emaili həmçinin emailə bağlı olan nömrəni dəqiq bilməlidir. Təməl şərtlər bunlardır. İstifadə zamanı təhlükəsizliyi təmin etmək üçün isə bir neçə yol var. Bunlardan ən əlverişlisi ikifaktorlu identifikasiya hesab olunur. İkifaktorlu identifikasiya nömrəyə gələn sms təsdiqi ilə hesaba daxil olmaqdır. Əgər siz nömrəyə də güvənmirsinizsə, təhlükəsizliyi təmin edən müxtəlif applerdən istifadə edə bilərsiniz”.

Fərid Pərdəşünasın sözlərinə görə, dövlətin sosial şəbəkə hesablarına müdaxiləsi ilə bağlı deyilənlər mifdir: “Dövlətin sosial media  hesablarına müdaxiləsi çətin bir şeydir. Bu, sadəcə mifdir. Əlbəttə, həmişə müəyyən ehtimallar ola bilər, kimsə öz səlahiyyətlərindən sui-istifadə edə bilər. Ancaq bu gün sosial şəbəkələrdə təhlükəsizlik elə bir səviyyədədir ki, heç bir dövlətə müdaxiləyə icazə verilmir.

Profilə hər hansı bir müdaxilə olduqda Google, Facebook və digər böyük platformalar dərhal email vasitəsilə bildiriş göndərir. Əgər hücum olunan adam kifayət qədər kibertəhlükəsizlik və texnoloji savada malikdirsə, dərhal gələn bildirişə əsasən sosial şəbəkə hesablarından çıxış verə bilər. Lakin cəmiyyətimizdə kibertəhlükəsizliklə bağlı maariflənmə o qədər də yaxşı səviyyədə olmadığı üçün çox vaxt insanların bu kimi hallarda özlərini tez itirdiyini görürük. Halbuki sosial şəbəkə hesablarına mudaxilə zamanı gələn bildirişlər sayəsində prosesə dərhal müdaxilə edərək hesabı qorumaq mümkündür”.

Aytac Sahəd

TİA.AZ