Tribuna İnformasiya Agentliyi

Sosial şəbəkələri yeni şüar bürüdü: Tanınmışlar yazdı…

05 Oktyabr

Bir çox yazıçı-şair, jurnalist və s. tanınmışlar sosial şəbəkələrdə yeni trend başladıblar.

Kult.az xəbər verir ki, “#heryeredebiyyat” həştəqi ilə paylaşılan status və videolarda müəlliflər insanları çağdaş ədəbiyyatı oxumağa çağırıb.

Kampaniyanın mətni belədir: “Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”.

Kampaniya üzvlərinin sözlərinə görə, aksiyanı keçirməkdə məqsəd kitabdan uzaq düşmüş şəxslərdə çağdaş ədəbiyyata maraq yaratmaqdır. Onlar bildirib ki, bu, kampaniyanın sadəcə bir hissəsidir. Növbəti günlərdə onlar daha fərqli video və şüarlara start verəcəklər.

Kampaniyanın cəmi bir gündür başlamasına rəğmən, yüzlərlə insan bu həştəq altında fikirlər paylaşaraq, ədəbiyyata çağırış edib.