Tribuna İnformasiya Agentliyi

Sosial şəbəkələrdəki pozuntulara xüsusi məhkəmələr baxacaq

10 Sentyabr

Rusiyada sosial şəbəkələrə görə xüsusi məhkəmələr yaradıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Peskov həmçinin Rusiya prezidentinin rəqəmsal və texnoloji inkişaf üzrə xüsusi nümayəndəsidir.

 

Onun sözlərinə görə onlayn sahədə fəaliyyətlər cəmiyyət üçün təhlükə kəsb edir. Bu yolla insanların şüuru ilə manipulyasiya etmək olar.

Peskov hazır ki, sistemin yerinə “həssas köklənmiş qiymətləndirmə mexanizminə” ehtiyac duyulduğunu qeyd edib.

 

“Mənə elə gəlir ki, bu gün proseslərin gedişi heç də effektiv deyil. Rəqəmsal hüquq inkişaf etdikcə ixtisaslaşmış qurumların yaranacağını ehtimal edirəm” – o, bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Aleksey Volin layk və paylaşmalara görə cinayət məsuliyyətinə qarşı çıxıb.