SOS: SUMQAYITDA BU BİNA UÇA BILƏR, İCRA HAKİMIYYƏTİ İSƏ… FOTOLARbackend

SOS: SUMQAYITDA BU BİNA UÇA BILƏR, İCRA HAKİMIYYƏTİ İSƏ… FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtın 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxana qəzalı vəziyyətdədir. TİA.Az xəbər verir ki, yataqxanada olan sakinlər qaz, su, işıq xətlərinin də yararsız halda olmasından narazıdırlar.
Onların sözlərinə görə, yataqxananın pilləkənlərində, arakəsmə sütün divarlarında çartlar günü-gündən artmaqda davam edir. Yataqxana binası qəzalı, sağ və sol sütün divarlarında çökmə olduğundan hələ 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin ekspert rəyində sökülməsi haqda bildirilib. Amma indiyə qədər heç bir tədbir görülmür.
Odur ki, yataqxana sakinləri yataqxananın təmir olunması və ya sökülüb yenidən tikilməsi üçün köməklik göstərilməsini xahiş edirlər. Amma nə FHN, nə Sumqayıt şəhər İcra Hakimiyyəti addım atır.

TİA.Az