Tribuna İnformasiya Agentliyi

SOS! 36 saat ərzində 80 milyon insan ölə bilər

18 Sentyabr
Qlobal Hazırlıq Monitorinq Şurası 80 milyon insanın ölümünə səbəb ola biləcək təhlükəli virus barədə xəbərdarlıq edib.
TİA.AZ  Asasmedya.info-ya istinadən xəbər verir ki, 15 nəfərdən ibarət qrup tərəfindən hazırlanan hesabatda dünya liderlərinin qlobal epidemiyaya qarşı hazırlıqsız olması diqqətə çatdırılıb. Bildirilir ki, 1918-1920-ci illərdə İspaniyada yayılan təhlükəli qrip dünyada 50 milyon insanın ölümü ilə nəticələnmiş, İspaniya iqtisadiyyatının 5% kiçilməsinə, sosial xaosa səbəb olmuşdu. Hesabata görə, təhlükəli virus hava nəqliyyatı vasitəsilə 36 saat ərzində dünyaya yayıla və 80 milyon insanı öldürə bilər.
Hesabata fərz edilən epidemiyanı tətikləyəcək infeksiyaların siyahısının yer aldığı dünya xəritəsi də əlavə olunub.
Şura 2020-ci ilin əvvəlində digər qrip epidemiyası barədə xəbərdarlıq ünvanlayıb və dünya əhalisini buna hazır olmağa səsləyib.
Daha əvvəl Nobel mükafatına layiq görülən 50 elm adamı insanların kütləvi məhvinə səbəb ola biləcək 10 ehtimalı açıqlamışdı:
1. Demoqrafik vəziyyət
2. Nüvə müharibəsi
3. Antibiotiklərin təsirini itirməsi
4. Dünya liderlərinin səbəb olduğu qlobal fəlakət
5. Qlobal terrorizm
6. Elmin ikinci plana keçməsi
7. Süni intellekt
8. Bərabərsizliyin səbəb olduğu qlobal böhran
9. Daha güclü narkotik maddələrin yaradılması
10. Eqoizm və yardımlaşmanın yoxa çıxması.