backend

Soros Amerikada rəngli inqilab hazırlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dakı kütləvi etirazların arxasında milyarder Corc Soros dayana bilər. 

ABŞ-dakı kütləvi etirazların arxasında milyarder Corc Soros dayana bilər.

TİA.AZ xəbər verir ki, bunu “Foks Nyus” televiziyasında çıxışı zamanı amerikalı jurnalist Pit Xeqset söyləyib. 

Onun sözlərinə görə, Soros və digər siyasi qruplar kütləvi iğtişaşlar yaradaraq, ölkəni əbədi anarxiyaya sürükləmək istəyirlər:

“Onlar amerikayönlü liberallar deyillər. 

Onların məqsədi bütün ölkədə xaos yaratmaqdır”.

Qeyd edək ki, Trampın prezident seçilməsindən sonra ABŞ-ın böyük şəhərlərində etiraz aksiyaları başlayıb. \

Ən böyük gərginlik Nyu York, San-Dieqo, Atlanta, Filadelfiya şəhərlərində olub.

Soros Donald Trampın ən böyük əleyhdarıdır.