Mehman Hüseynov əməliyyat olundu – xərçəng şişi çıxarıldı -FOTObackend

Mehman Hüseynov əməliyyat olundu – xərçəng şişi çıxarıldı –  FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış bloger və ictimai fəal Mehman Hüseynovun əməliyyatı uğurlu keçib.

TİA.AZ xəbər verir ki, bu barədə “Sancaq Production” adlı “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, Cenevrə Universiteti Xəstəxanasının həkimləri bu ilin mart ayından İsveçrədə müalicə alan jurnalist Mehman Hüseynov üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirərək xərçəng şişini çıxarıblar: “Əməliyyat sentyabrın 8-də həyata keçirilib və təxminən 10 saat davam edib. Sentyabrın 9-da səhər xəstənin vəziyyəti sabitləşdikdən sonra palataya keçirilib, növbəti iki-üç həftə ərzində həkimlərin nəzarəti altında olacaq və sonra xəstəxanadan çıxacaq”.