Son sutkanın yoluxma statistikası – 33 nəfər vəfat edibbackend

Son sutkanın yoluxma statistikası – 33 nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.
Son gündə koronavirus əleyhinə 69221 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47198 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7680427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4530138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3150289 təşkil edir.