Son sutkanın yoluxma statistikasıbackend

Son sutkanın yoluxma statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 792216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782293 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.
Ölkədə son sutka ərzində 3826, hazırkı dövrədək isə 6739008 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 8975 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza vaksin vurduranların sayı 7201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 481 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13540995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5330431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4832203, üç və daha çox doza vaksin vurduranların sayı 3145148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233213 təşkil edir.