Son sutkanın koronavirusa yoluxma statistikasıbackend

Son sutkanın koronavirusa yoluxma statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8 104 nəfər vəfat edib. 19 759 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 510, bu günə qədər isə ümumilikdə 5 683 256 test icra olunub.
Koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 617 228 nəfər təşkil edir. Ümumilikdə isə 1 156 277 buster doza vurulub.