Son sutkada yoluxma bir qədər də azaldıbackend

Son sutkada yoluxma bir qədər də azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1 813 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 485 987 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803 nəfərdir.
Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 4 887 165 test aparılıb.
Qeyd edək ki, ötən gün 9832 test aparılmış, nəticədə 684 yeni yoluxma faktı qeydə alınmışdı. Sağalanların sayı 2060, ölüm faktı 16 nəfər olmuşdu.