Son sutkada neçə nəfər koronavirusa yoluxub – Statistikabackend

Son sutkada neçə nəfər koronavirusa yoluxub – Statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 5620 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9369, bu günə qədər isə ümumilikdə 3 486 381 test icra olunub.
Bu gün Azərbaycanda koronavirus əleyhinə 50 min 903 vaksin vurulub.
Birinci mərhələdə peyvənd olunanların sayı 41 min 421, ikinci mərhələ üzrə 9 min 482 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 milyon 106 min 889, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 226 min 201, ikinci mərhələ üzrə isə 880 min 688 nəfər təşkil edir.