Son sutkada neçə nəfər koronavirusa yoluxub?backend

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib. 19 041 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, bu günə qədər isə ümumilikdə 5 694 341 test icra olunub.
Bu gün (COVID-19) əleyhinə 34 799 vaksin vurulub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 153 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25 287 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 928 879, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 124 934, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 622 381 nəfər təşkil edir.
Ümumilikdə isə 1 181 564 buster doza vurulub.