Son sutkada neçə nəfər koronavirusa yoluxub?backend

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 036 yeni yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. 24 827 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, bu günə qədər isə ümumilikdə 5 108 298 test icra olunub.