Son sutkada neçə nəfər koronavirusa yoluxub?backend

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, bu günə qədər isə ümumilikdə 5 899 183 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 27 417 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.