Son sutkada koronavirusa yoluxanların statistikasıbackend

Son sutkada koronavirusa yoluxanların statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib. 6 340 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, bu günə qədər isə ümumilikdə 3 468 615 test icra olunub.
Son gündə koronavirus (COVID-19) əleyhinə 34 287 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 054 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 021 371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 158 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862 740 təşkil edir.