Son sutkada koronavirusa yoluxanların sayı açıqlandıbackend

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 984 yeni yoluxma faktı qeydə alınıb, 1 748 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 30 303 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 126, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 842 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 990 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 131 789, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 630 793, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 227 956 təşkil edir.