Son gündə koronavirusa yoluxanların sayı açqılandı – STATİSTİKAbackend

Son gündə koronavirusa yoluxanların sayı açqılandı – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45 755 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.

Son gündə koronavirus əleyhinə 85 632 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 515 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 335 305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 830 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 504 655 təşkil edir.