“Son 7 ildir Azərbaycanda su ehtiyatları azalır” – Yeni su anbarları inşa ediləcəkbackend

“Son 7 ildir Azərbaycanda su ehtiyatları azalır” – Yeni su anbarları inşa ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 7 ildir Azərbaycanda, xüsusilə də regionlarda su ehtiyatları azalmaya doğru gedir və bu, quraqlığın nəticəsidir”.

TİA.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, quraqlıq nəticəsində buxarlanmalar çoxalır və suda olan itkilər çoxalmağa başlayır.

Şöbə müdiri bildirib ki, su ehtiyatlarından qənaətlə istifadəsinə yönəlik addımlar atılır: “Ölkədə yeraltı və yerüstü sular qorunur və onların uçotu aparılır”.

“Azərbaycanda 140-dan çox su anbarı var. Həmin anbarlarda təxminən 21,9 milyard kubmetr su var”. –i Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mövcud su anbarlarında kifayət qədər su ehtiyatı var: “Son dövrlər yağıntıların az olması anbarlarda suyun azalmasına səbəb olub. Görülən tədbirlər çərçivəsində ehtiyat suları stabilləşdirmək mümkün olub”.

Şöbə müdiri bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 10 su anbarının yenidən qurulması və ya yenisinin inşası nəzərdə tutulur: “Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq”.