Solovyovun İtaliyadakı iki villası müsadirə olundubackend

Solovyovun İtaliyadakı iki villası müsadirə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya maliyyə polisi Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş dörd məşhur rusiyalının azı 140 milyon avro dəyərində villa və yaxtalarını müsadirə edib.

TİA.AZ xəbər verir ki, bu barədə İtaliya maliyyə polisindəki mənbə bildirib.

Mənbənin verdiyi məlumata görə, milyarder iş adamı Əlişir Usmanova məxsus, Aralıq dənizinin Sardiniya adasındakı bir və Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyova məxsus, Komo gölündəki 2 villa müsadirə olunub.

Bundan əlavə, mənbə Rusiyanın ən zəngin adamları Aleksey Mordaşova və Gennadi Timçenkoya məxsus yaxtaların bir gecədə İtaliyanın şimalındakı limanlarında saxlanıldığını təsdiqləyib./apa