ŞOK: UKRAYNA-RUSİYA MÜHARİBƏSİ BİTİR, ZELENSKİNİN ŞİFRƏLİ MESAJIbackend

ŞOK: UKRAYNA-RUSİYA MÜHARİBƏSİ BİTİR, ZELENSKİNİN ŞİFRƏLİ MESAJI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zelenski “Biz artıq anladıq ki, Ukrayna NATO-un üzvü olmayacaq. Bizə anlamağa imkan verdilər ki, “açıq qapı” siyasəti Ukraynaya aid deyil” deyir. Rusiya işğalına qarşı Ukraynanın dirənişinin artması ilə yanaşı, Moskva-Kiyev danışıqlarında anlaşmanın olması imkanının yarandığı məlumatları da var. Zelenskinin bu açıqlaması təkcə Qərbə “irad” yox, həm də masada istəyinə nail olmaq üçün ruslara ünvanlanan mesajdır: NATO-ya inteqrasiyadan imtina edirlər, əvəzində rus qoşunlarının çıxarılması, ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyənin iştirakı ilə Ukraynaya aid kollektiv təhlükəsizlik sazişinin imzalanması həyata keçirilməlidir”.
TİA. Az bildirir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı yazıb. İnu fikrincə, Zelenski Ukrayna xalqını mübarizə ilə yanaşı, mümkün anlaşmaya da hazırlayır.
Ekspert Ramiyə Məmmədova isə saytımıza deyib ki, Zelenskinin açıqlamasını müsbət gəlişmə kimi yozmaq olar. Onun sözlərinə görə, Ukrayna lideri müharibənin uzanmasının zərərdən başqa heç bir faydası olmadığını anlayır. O, ayın sonuna kimi atəşkəs imzalanmasını istisna etmir.

TİA. Az