backend

ŞOK PLAN: Türkiyəni 9 hissəyə bölüblər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib. 

Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib.

TİA.AZ “Sabah” nəşrinə istinadən xəbər verir ki, 2016-cı il 9 sentyabr tarixli 56 səhifəlik hesabat terror cinayətlərinə baxan Yargıtay 16-cı Cəza Dairəsinə göndərilib.

Hesabatda diqqət çəkən detallardan biri təşkilatın Türkiyəni “fəaliyyət bölgələri” olaraq 9 hissəyə bölməsidir. FETÖ bölgələrə sirri bilinməyən aşağıdakı kod adları verib.

1. AH: İstanbul, Kırklareli, Ədirnə.

2. FT: Bursa, Çanaqqala, Balıkesir, Kütahya, Bilecik.

3. HL: Manisa, İzmir, Aydın, Muğla, Antalya, Afyonkarahisar, Uşak, Dənizli.

4. SLÇ: Ankara, Eskişehir, Kırıkkale, Bolu, Çankırı.

5. SLM: Adana, Hatay, Mersin.

6. TR: Konya, Karaman, İsparta.

7. KN: Kayseri, Niğde, Aksaray, Nevşehir, Kırşehir, Yozgat.

8. SD: Malatya, Elazığ, Bingöl, Tunceli.

9. AKF: Trabzon, Ordu, Giresun, Gümüşhane, Bayburt, Rize, Artvin.

Hesabatda təşkilatın maliyyə qaynaqlarından danışılır. Hesabata görə, FETÖ iş adamlarından təhdid və şantajlarla pullar alıb, təşkilat üzvlərinin maaşlarının 10 faizini “himmət” adı altında ələ keçirib.