“Softbank” rekord itkiyə məruz qaldıbackend

“Softbank” rekord itkiyə məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın ən iri telekommunikasiya şirkətlərindən biri olan “Softbank”ın ötən maliyyə ilindəki (31 mart 2020-ci il tarixində başa çatıb) xalis itkisi təxminən 961,5 milyard yen (8,9 milyard ABŞ dolları) təşkil edib.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu, şirkət üçün rekord göstəricidir.

“Softbank”ın maliyyə ilini son 15 ildə ilk dəfə itkilərlə başa vurduğu qeyd olunur. Maraqlıdır ki, şirkət 2018-ci maliyyə ilini ciddi qazancla – 1,41 trilyon yen (13 milyard ABŞ dolları) ilə başa vurmuşdu.

“Kyodo” agentliyinin məlumatına görə, korporasiyanın mənfəətin kəskin azalmasının əsas səbəbi koronavirus pandemiyasından zərər çəkən sahələrə qoyulan investisiyalarla əlaqəli itkilər olub.