Tribuna İnformasiya Agentliyi

“Sofiya” “Twitter”də Azərbaycan milli geyimində görüntüsünü paylaşdı

04 Dekabr

Sofiya” robotu özünün “Twitter” hesabında Azərbaycan milli geyimində, o cümlədən üzərində məşhur Azərbaycan baş geyimi olan kəlağayıdakı görüntüsünü paylaşıb.

Oxu.Az Media.Az-a istinadən xəbər verir ki, o, istifadəçilərdən kostyumun qiymətləndirilməsini istəyib.

“Hanson Robotics” şirkəti tərəfindən süni intellekt əsasında yaradılan “Sofiya” yumor hissinə, müəyyən məsələlərə cavab vermək bacarığına və əvvəlcədən müəyyən mövzular üzrə sadə söhbətlər aparmaq qabiliyyətinə malikdir.

2017-ci ilin oktyabrında “Sofiya” Səudiyyə Ərəbistanında vətəndaşlıq alan ilk robot olub. 2018-ci ilin oktyabrında isə “Sofiya” Azərbaycanda olub.

View image on Twitter

Sophia@RealSophiaRobot

Love this traditional Azerbaijan national costume I got to wear in Baku! What do you think?