Sofiya Rotaru Donbasda əməliyyat keçirmək üçün Ukrayna ordusuna vəsait köçürdübackend

Sofiya Rotaru Donbasda əməliyyat keçirmək üçün Ukrayna ordusuna vəsait köçürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moderator.az Evrasiya Deyli saytına istinadən xəbər verir ki, Çernovtsi bölgəsi, Ukraynanın Rumıniya ilə sərhədindədir. Çernovtsi bölgəsində anadan olmuş müğənni Sofia Rotaru Bukovinanadan olan moldovan olmasına baxmayaraq özünü ukraynalı və ukraynalı millətçisi hesab edir.

2004-cü ildə Sovet cəmiyyətinin sevimlisi olan Sofiya Rotaru narıncı inqilabı, 2014-cü ildə isə Avromaydanı dəstəkləmişdi. Məşhur müğənni konsertlərindən ( hətta Rusiyada verdiyi konsertlərdən) əldə etdiyi gəlirinin bir hissəsini bu yaxınlarda Donbasda keçirilən antiterror əməliyyatına kömək etmək üçün Ukrayna Ordusunun hesabına köçürüb.

Xəbərdə o da qeyd edilir ki, Çernovtsı vilayətindəki kafe və restoranların girişində Rusiya bayraqlarının üstündə donuz rəsmi çəkərək “Ruslara giriş qadağandır” şüarı yerləşdirilir. Ukraynadakı anti Rusiya əhval-ruhiyyəsinin artmasıdır ki, dünən Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Zelenski haqqında alçaldıcı ifadələr içlədərək, onunla görüşməyin mənasız olduğunu bildirdi. Rusiyanın imperiya ambisiyaları onu ən yaxın provaslav ölkə və xalqlarla münasibətlərini düşmənçilik səviyyəsinə çatdırıb.