Tribuna İnformasiya Agentliyi

SOCAR-Da Yoxlamalar Başlayır: İsgəndər Şirəliyev Həbs Edilə Bilər

16 Aprel

Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyev həbs oluna bilər.

Redaksiyamıza daxil olan məlumatlara görə, İsgəndər Şirəliyevdən çoxsaylı şikayətlərin olması və Kompleks Qazma İşləri Trestində baş verən korrupsiya əməliyyatları SOCAR rəhbərliyini buna məcbur edib. Məlumatda bildirilir ki, yaxın zamanlarda SOCAR-ın sağlamlaşdırılması istiqamətində komöleks tədbirlər görüləcək. Və bu tədbirlər nəticəsində ilk olaraq İsgəndər Şirəliyev kimilər korrupsiyada ittiham olunan şəxslər qurban veriləcək.

Qeyd edək ki, ölkə mətbuatında İsgəndər Şirəliyev trestdə böyük korrupsiya əməliyyatları həyata keçirəkməkdə, ölkə xaricində böyük biznes yaratmaqda və qohumlarını ən yüksək vəzifələrə gətirməkdə ittiham olunub.

Mediada gedən məlumatlarda bildirilir ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir. SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaratdığı məlumatlarda əksini tapıb.

Məlumatda İsgəndər Şirəlyevin oğlunun Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.

Başqa bir yazıda isə qeyd edilir ki, uzun müddətdən bəri Kompleks Qazma İşləri Trestinin rəisi işləyən İsgəndər Şirəliyevi seçkilərdən sonra SOCAR-dakı vəzifəsindən çıxarılacaq. Buna səbəb xeyli müddətdir İsgəndər Şirəliyevin adının ölkə mətbuatında müxtəlif işlərdə çəkilməsidir.

“Google” axtarış sistemində İsgəndər Şirəliyev adlı şəxs yazanda Kompleks Qazma İşləi Tresti rəisinin varidatı, qurumda baş verən korrupsiyalar və s. ilə bağlı yazılar göz çıxardır. Saytımıza daxil olan məlumatda iddia edilir ki, İsgəndər Şirəliyev vəzifəsindən göndərdiləcəyini bildiyi üçün artıq indidən özünə varis hazırlayıb. Bu varis isə onun qardaşı oğlu, Kompleks Qazma İşləri Trestinin Tamponaj İdarəsinin rəis müavinidir. Məhz, Yaqub Şirəlini öz yerinə gətirilməsinə çalışan İsgəndər Şirəliyev bunun üçün SOCAR rəhbərliyindən son dəfə xahiş etmək istəyindədir.

Bildirirək ki, İsgəndər Şirəliyevin Kompleks Qazma İşləri Trestində əhəmiyyətli vəzifələri qeyri-mütəxəssis olan yaxın qohumlarına tapşırması ölkə mətbuatında birmənalı qarşılanmayıb. Belə ki, İsgəndər Şirəliyev qardaşı oğlu Yaqub Şirəlini Tamponaj İdarəsinin rəis müavini, bacısı oğlu Fariz Ağamalını “Sahil” Qazma İşləri İdarısinin istehsalat üzrə rəis müavini, bacısının həyat yoldaşı, F.Ağamalının atası Ramiz Ağayevi Trestin Qazma və Logistika İdarəsinə baş mühəndis, yaxın qohumu Anar Məmmədovu Trestin Mərkəzi Mühəndis Texniki Xidmətinin rəisi müavini, qardaşının yeznəsi İsa adlı şəxsi Trestin qazma Departamentinin rəis müavini, İsanın bacanağı Elvini Neft Daşları bölümündə təchizat üzrə rəis müavini, Xəyyam adlı qohumunu Trestin Tikinti şöbəsinin rəisi, Ramiz adlı digər qohumunu da “Sahil”də özül bölümünə rəis vəzifəsinə təyin edib. Bundan başqa İsgəndər Şirəliyevin yaxın dostlarının övladlarını Trestdə müxtəlif vəzifələrə təyin edib. Gördüyünüz kimi “Kompleks Qazma İşləri Tresti” də bütün vəzifələr ancaq İsgəndər Şirəliyevin qohumlarının və yaxınlarının nəzaətindədir. Məhz buna görədə trest müdiri vəzifəsini qardaşı oğluna ötüməklə “Kompleks Qazma İşləri Tresti”ndə öz hökmdarlığını saxlamaq istəyindədir.

Qeyd edək ki, İsgəndər Şirəliyevlə bağlı bir müddət hakimiyyətə yaxın mətbuatda dərc olunan yazıda trest müdiri korrupsiyada ittiham edilmişdi. Həmin yazını təqdim edirik:

Azərbaycan Respubikası Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks qazma işləri trestinə rəhbərlik edən İsgəndər Şirəliyev bu qurumu əsl ailə şirkətinə çevirib. Belə ki, trestin işçilərinin ixtisarı SOCAR rəhbərliyinin əmr və qərarlarına uyğun gəlmir, ədalət prinsipi kobud şəkildə pozulur, bütün məsələlər trest rıhbərliyinin qohumlarının və dostlarının xeyrinə həll olunur. Bütün bunlar adi vətəndaşların SOCAR-ın hərəkətlərindən narazılığına səbəb olur.

Bu barədə Kompleks qazma işləri trestindəki mənbələr məlumat verib.

“SOCAR-da təqaüd yaşına çatmış bütün şəxslər kompensasiya ödənilməklə işdən azad olunduqları bir vaxtda, trestimizdə İsgəndər Şirəliyevin təqaüd yaşı çoxdan ötmüş qohumu ildən ilə iş yerində qalmaqda davam edir. Bu adam neftçi deyil. Neft sahəsindən heç nə anlamır. Buna baxmayaraq, məxsusi olaraq onun üçün “müşavir” ştatı yaradılıb və bu ştat vahidi ixtisara düşmür.

Bundan başqa, SOCAR başçısının əmri ilə ali təhsili olmayan şəxslərin mühəndis-texniki vəzifələrə təyin edilməsi qadağan olunsa da, İ.Şirəliyevin adamları mühəndis vəzifələrində çalışırlar”, – trestin işçilərindən biri deyir.

Onun sözlərinə görə, Trestin rəhbərliyi ARDNŞ-i maliyyə sahəsində də aldadır. Belə ki, guya yerinə yetirilmiş işlər barədə aktlar tərtib olunur və böyük məbləğdə pullar silinir. Sübut kimi mənbə bir neçə quyunun qazılması və onlara aparan yolların çəkilməsi haqqında aktların kserosurətlərini təqdim edib.

Bu aktlara görə, trest tərəfindən Lökbatanda 1533 və 1535 saylı, Buta məntəqəsində 1779 saylı, Cəfərli məntəqəsində isə 37 saylı quyular üçün meydançaların tikintisi üzrə işlər görülüb və həmin istifadədə olan quyulara yollar çəkilib. Trestdə işləyən şəxs iddia edir ki, bu aktlarda göstərilən məbləğlər həmin işlərə çəkilən real xərcləri 10 dəfə üstələyir.

Bu aktlarda həmçinin göstərilib ki, 1533 saylı quyuda işlərə 71500 manat, 1535 saylı quyuda işlərə 56864 manat, 37 saylı quyuda işlərə 45900 manat, 1779 saylı quyuda işlərə isə 49000 manat xərclənib. Beləliklə, meydançaların tikintisi və onlara aparan yolların salınması üçün cəmi 223 min manat vəsait sərf olunub.

“Bu sahədə uzun illər işləmiş mütəxəssis kimi deyə bilərəm ki, əslində həmin işlərə aktlarda göstərilən məbləğin cəmi 10%-i xərclənib. Quyulara aparan yolların çəkilişi üzrə heç bir iş görülməyib – pulları, sadəcə olaraq, siliblər. Bütün aktları İsgəndər Şirəliyev imzalayıb. Mütəxəssis kimi o bilməyə bilməzdi ki, aktlarda göstərilən məbləğlər bu işlərə əslində sərf olunan məbləğləri əks etdirmir. Əminəm ki, ciddi və dəqiq yoxlama Kompleks qazma işləri trestində ciddi yeyinti hallarını üzə çıxara bilər”, – mənbə deyir.

Onun sözlərinə görə, İsgəndər Şirəliyev Fətullah Gülən hərəkatı ilə bağlıdır.

xeber.org