Tribuna İnformasiya Agentliyi

“SNTV”də problem: Sumqayıtda 2 gündür internet yoxdur

06 Oktyabr
“SNTV”nin internet xidməti 2 gündən artıqdır ki, işləmir.
EkoNews xəbər verir ki, Sumqayıtda əksər insanlar məhz “SNTV”nin internet xidmətindən istifadə edirlər. Yaşanan problemə görə də çoxsaylı insan internetsiz qalıb.
“SNTV”dən EkoNews-a problemin hələ dəqiq nədən qaynağlanmasının məlum olmadığını bildiriblər:
“Bəli, 2 gündür problem var. Hələ dəqiq deyil internetdə olan problem nədən qaynaqlanır. Çox güman ki, şəbəkə problemidi. Yəqin ki, gün ərzində problem aradan qaldırılacaq”.