“Snayper həddi” müsabiqəsində 1-ci mərhələ bitdibackend

“Snayper həddi” müsabiqəsində 1-ci mərhələ bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.Birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib.Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.