“SMS-lə icazə qayınanagilə getmək üçün verilmir”backend

“SMS-lə icazə qayınanagilə getmək üçün verilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“8103-ə SMS yazaraq küçəyə çıxmaq icazəsi ancaq qərarda nəzərdə tutulan məqsədlər üçündür. Bu icazə qayınana evinə getmək üçün verilmir axı”.

TİA.AZ avtosfer.az-a istinadən xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev “Space” TV-də yayımlanan “Siqnal” verilişində deyib.

Taşamaçılardan birinin “Mənim və yoldaşımın şəxsiyyət vəsiqəsi var. Ancaq 4 yaşında qızımın şəxsiyyət vəsiqəsi yoxdur. Biz qayınanamgilə getmək istəyirik. Bu halda nə edə bilərik” sualına cavabında DİN rəsmisi SMS-lə icazə sistemində bunun nəzərdə tutulmadığını deyib. O, ailəyə qayınanasıgilə getmək üçün karantin rejiminin ləğvini gözləməyə məsləhət görüb.