Slovakiyanın “S-300” ZRK sistemlərinin Ukraynaya təhvil verilməsinin görüntüləri yayılıb – VİDEObackend

Slovakiyanın “S-300” ZRK sistemlərinin Ukraynaya təhvil verilməsinin görüntüləri yayılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın “S-300” zenit-raket komplekslərinin (ZRK) sistemlərinin Ukraynaya təhvil verilməsinin görüntüləri yayılıb.

Kadrlar Slovakiya Müdafiə Nazirliyi tərəfindən dərc edilib.

“S-300”lərin Ukraynaya təhvil verilməsi cümə günü məlum olub. Silahlar iki gün ərzində Slovakiyadan daşınıb.

“Markiza” telekanalı zenit raket komplekslərinin “gizli şəkildə” çatdırıldığını bildirib.

Paylaşılan kadrlarda silahların göndərilməsinin təfərrüatları əks olunub.

Bu arada məlum olub ki, ABŞ Slovakiyada “Patriot” zenit-raket sistemi yerləşdirəcək. ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, kompleks ona xidmət edən amerikalı hərbçilərlə birlikdə yaxın günlərdə Slovakiyaya göndəriləcək.

Mənbə: Mk.ru