Tribuna İnformasiya Agentliyi

Skripal evə buraxıldı

18 May

Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal evə buraxılıb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, martın 4-də qızı Yuliya ilə birlikdə Böyük Britaniyanın Slosberi şəhərində zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal xəstəxanadan çıxarılıb.

Qeyd edək ki, Britaniya hökuməti S. Skripal və qızının kimyəvi hücum nəticəsində zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyaya dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.