Skandinaviya ölkələri Lukaşenkonu boykot etdilərbackend

Skandinaviya ölkələri Lukaşenkonu boykot etdilər

Baltikyanı ölkələrdən sonra Norveç və İsveç hökumətləri də Aleksandr Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımaqdan imtina edib.
Qaynarinfo xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Audun Halvorsenin Twitter-də verdiyi məlumata görə, Lukaşenkonun ədalətsiz seçkilər nəticəsində “gizli inauqurasiya” keçirməsi Belarusdakı böhranı daha da artırıb. Diplomat bu ölkənin səlahiyyətlilərini güc tətbiqindən imtina etməyə və müxalifətlə dialoqa başlamağa çağırıb.
Öz növbəsində, İsveç Xarici İşlər naziri Ann Linde tələsik və gizli andiçmə mərasiminin Lukaşenkonun qanunsuz olduğunu sübut etdiyini qeyd edib.
“Biz əvvəlki kimi hesab edirik ki, Lukaşenko müxalifətə və dinc nümayişçilərə qarşı güc göstərdiyinə görə məsuliyyət daşıyır”, – nazir deyib.
Bundan əvvəl, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Danimarka, Slovakiya, Hollandiya, Polşa, Çex Respublikası, Ukrayna, Latviya, Litva ve Estonya Lukaşenkonun Belarus lideri olaraq tanınmadığını bildirib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki