Sizdə bu əlamətlər varsa, “Meymun çiçəyi”nə yoluxa bilərsinizbackend

Sizdə bu əlamətlər varsa, “Meymun çiçəyi”nə yoluxa bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, dünyada “Meymun çiçəyi” adlı virus geniş yayılmağa başlayıb.
Həmin xəstəliyin əlamətlərini təqdim edirik:
İnsanlarda bu xəstəlik yüngül formada keçir, pandemiya olma ehtimalı az qiymətləndirilir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, bel ağrısı, əzələ ağrısı və zəiflikdir.
Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpkilər əmələ gələ bilər. Çox qaşıntılı ola bilən səpkilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.
Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər.
Virus həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti və paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilər.