“Siyəzən Broyler”də güclü yanğınbackend

“Siyəzən Broyler”də güclü yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-də yanğın olub.

TİA.AZ FHN-ə istinadən xəbər verir ki, ASC ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.