Siyasətdə yeni dönəm: “Partiyaların təmərküzləşməsi faydalı prosesdir”backend

Siyasətdə yeni dönəm: “Partiyaların təmərküzləşməsi faydalı prosesdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının bu günlərdə keçirilən VI qurultayı mühüm hadisələrlə yadda qaldı. Hakim partiyanın nizamnaməsi və rəhbər heyəti dəyişdi. Rəhbərliyə yeni kadrlar gətirildi. Qurultaydan öncə 6 siyasi partiya YAP-a birləşdiyini bəyan etmişdi.

Toplantıda onların müraciətinə baxıldı və müsbət həll edildi. Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov TİA.AZ-a açıqlamasında deyib ki, siyasi partiyaların konsolidasiyası faydalı prosesdir:

“6 partiyanın YAP-a birləşməsi müsbət hadisədir. Düşünürəm ki, demokratik cəmiyyətdə hər bir fərd və siyası partiya müstəqildir. Onların qərarına hörmətlə yanaşmaq lazımdır. Siyasi və ideoloji baxımdan yaxın olan şəxslər və təşkilatlar eyni çatı altında birləşıb öz mübarizələrini apara bilərlər. Qurultayda YAP Siyası Şurasının ləğvi, İdarə Heyətinin say tərkibinin artırılması və gənclərin irəli çəkilməsi onun göstəricisidir ki, iqtidar islahatların davam etdirilməsində israrlıdır.

Düşünürəm kı, İdarə Heyətinə seçilmış gənclər islahatların həyata keçirilməsində rupor rolunu oynaya biləcəklər. Məncə qurultaydan sonra islahatlar davam edəcək və bu islahatların tərkib hissəsi kimi siyası partiyalara və içtimai təşkilatlara sözdə yox, əməldə münasibət müsbət mənada dəyişəçək. Cəmiyyətdə partiyaların rolunun artırılması demokratiyanın inkişafına və içtimai nəzarətin həyata keçirilməsini sürətləndirəcək”.

Əli Cəfərov hesab edir ki, islahatlar davam etdirilməli və siyasi partiya institutunun nüfuzu artırılmalıdır: “Bunun üçün parlament seçkilərində proporsional seçki sisteminin bərpası və partiyaların alı qanunverici orqan olan parlamentdə təmsilçiliyi vacib məsələlərdən biri olmaqla yanaşı eyni zamanda içtimai sifarişdir. Bununla yanaşı siyası partiyaların və QHT sektorunda iştirak edə biləcəyi icra strukturunda yer ala bilməsi bu münasibətlərin möhkəmlənməsinə və dayanıqlı olmasına səbəb ola biləcək.

Bu hakimiyyətin özü üçün də maraqlı olmalıdır. İqtidar içtimai və siyası təşkilatlarla əlaqəsini yaxsı qura biləçəksə, bu proses gələçəkdə “5-ci kolon”un sıradan çıxmasına gətirib çıxaracaq. Bu da dövlətin mövqeyinin güclənməsinə gətirib çıxaracaq.

Düşünürəm kı, hakımiyyətdə təmsil olunan yeni komanda islahatların həyata keçirilməsində israrlıdır. İslahatlar uğurla davam etdirilərsə bu həm dövlətin, həm də partiyaların mövqeyinin güclənməsinə xidmət edəcəkdir”.