access_time Dərc olunub: 09:12
İsveçrənin yeni prezidenti məlum olub

İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib.

TİA.AZ-ın “swissinfo.ch” saytına istinadən verdiyi xəbərə görə, bu posta İsveçrənin hazırkı daxili işlər naziri Alan Berse seçilib. 

Səsvermədə iştirak edən deputatlardan 190 nəfəri A.Berseni dəstəkləyib. O, 1 yanvar 2018-ci ildən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacaq.

İsveçrədə prezident Nazirlər Kabinetinin – Federal Şuranın tərkibindən 1 il müddətinə seçilir.

A.Bersenin hökumətində vitse-prezident postunu Uli Maurer tutacaq.

Şərhlər