access_time Dərc olunub: 15:43
PUTİN SARKİSYANI QARABAĞDAN ÇIXARACAQMI?-EKSPERT RƏYİ

“Putin istəsə münaqişə qısa müddətdə həll olunar” ifadəsinin müəllifi olan Ərdoğan əslində böyük sirr açmayıb. Tia.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib: “ATƏT baş katibi Tomas Qreminger Rusiya xarici işlər naziri Sergey Lavrovla bu gün Moskvada keçirilən görüşdə deyib ki, münaqişələrin həlli üçün Rusiya ilə işləmək lazımdır.

O biri tərəfdən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan deyib ki, yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşərək onunla əsasən Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. “Putin istəsə münaqişə qısa müddətdə həll olunar” ifadəsinin müəllifi olan Ərdoğan əslində böyük sirr açmayıb.Elə problem də ondadır ki, Kreml sahibi Ərdoğanı və ATƏT baş katibini eşidəcəkmi?

Eşitməsə belə bölgədə işə düşən böyük layihələr, üstəgəl Ermənistan prezidenti Serj Sərkisyanın “güzəştə hazır olmalıyıq” ifadəsi münaqişənin həll olunacağına dair müəyyən ümidlər yaradıb. Ancaq ümidlərin doğrulması üçün Putinin Sərkisyana bunu deməsi lazımdır: “Qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxart, referendum mövzusunu sonraya saxla, Azərbaycan və Türkiyə Avrasiya İqtisadi Birliyinə qoşulsun, Ermənistanın da regional layihələrdə iştirakını təmin edəPutin bunu deyəcəkmi? Optimist deyiləm .”

Nüşabə
TİA.AZ

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort