access_time Dərc olunub: 14:55
Saakaşvili tapıldı və hamını meydana çağırdı

Bu gün yoxa çıxan Mixail Saakaşvili tapılıb.

TİA.AZ xəbər verir ki, Saakaşvili öz Feysbuk səhifəsi vasitəsilə tərəfdarlarını Çernovtsov şəhər meydanına toplanmağa səsləyib.

"Ukraynada dəyişikliklər Çernovtsovdan başlayır. Sizi sentyabrın 13-də saat 18:00-da Mixail Saakaşvili ilə görüşə dəvət edirəm. Görüş şəhərin mərkəzi meydanında keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna mətbuatı Mixail Saakaşvilinin Lvovdan çıxaraq naməlum istiqamətə getdiyini və ondan hələ də xəbər alınmadığı haqqında informasiya yaymışdı.

Şərhlər