Sıxılmış qazla işləyən avtonəqliyyat vasitələri havanı daha az çirkləndirirbackend

Sıxılmış qazla işləyən avtonəqliyyat vasitələri havanı daha az çirkləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havanı daha çox çirkləndirən mənbələrdən biri hazırda avtonəqliyyat vasitələridir. Avtonəqliyyat ətraf mühitə olduqca mənfi təsir göstərir. İqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə nəqliyyat vasitələrinin çoxalması problemi kəskin hal alır. Avtonəqliyyat vasitələrinin çoxalması nəticəsində küçələrdə yaranan tıxaclar atmosfer havasında dayanıqlı çirklənməyə səbəb olur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev TİA.AZ-a bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb: “Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur”.

V.Əliyevin sözlərinə görə avtonəqliyyatdan istifadə zamanı 1 ton benzin yandıqda havaya azot-4 oksid 20 kiloqram, kükürd qazı 1.6 kiloqram, karbohidrogenlər 34 kiloqram, bərk hissəciklər (his, qurum) 2 kiloqram, aldehidlər (üzvü turşular) 1.4 kiloqram atılırsa,1 ton dizel yandıqda isə havaya azot-4 oksid 33 kiloqram, kükürd qazı 6 kiloqram, karbohidrogenlər 20 kiloqram, bərk hissəciklər 16 kiloqram, aldehidlər 6 kiloqram atılır.

Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus” şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.