Şirvanlılar vaksinasiyada fəal iştirak edirbackend

Şirvanlılar vaksinasiyada fəal iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə əhalinin sağlamlığının qorunması, COVİD-19 infeksiyasının qarşısının alınması və törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər Şirvan şəhərində də davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş ‘’Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası‘’nın da əsas məqsədi əhalinin sağlamlığının qorunmasını, qısa müddətdə insanlarda kütləvi immunitetin formalaşmasını təmin etməyə, virusa yoluxma və ölüm hallarının qarşısının alınmasına xidmət edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 10.08.2021 ci il tarixə olan məlumatına görə ölkəmizdə 5478042 nəfər COVİD-19 əleyhinə vaksinasiya olunub. Şirvan şəhərində isə həmin tarixə ümumilikdə 65140 olmaqla 36179 şəhər sakininə 1-ci doza, 28961 şəhər sakininə isə 2-ci doza vaksin vurulub.

10 avqust 2021-ci il tarixdə gün ərzində 469 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 316, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 146 nəfər olub.

Göründüyü kimi Şirvan şəhərində əhalinin peyvəndlənməsi prosesi uğurla davam edir. Şəhər sakinləri koronavirus pandemiyasının tezliklə başa çatması üçün peyvəndlənmə məqsədi ilə tibb müəssəsələrinə müraciət edir. Şirvanlılar peyvəndlənmə üçün ayrılmılş tibb məntəqələrində qeydiyyat, peyvənd və post vaksinal-gözləmə otaqlarında yaradılan şəraitdən, göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirirlər.